Azeriqaz borç sorgulama

Azəriqaz borc sorgula, Borcunu öyrən

Azeriqaz borç sorgulama

Azəriqaz borç öyrən, borcunuzu internetten azeriqaz .az internet adresi üzerinden öğrenebilirsiniz. Peki Azeriqaz borç sorgulama nasıl yapılır?

Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.

Аzərbаycаn nеft-qаz sənаyеsi çох şərəfli tаriхi bir yоl kеçmişdir. Vətənimiz Odlаr Yurdu Аzərbаycаn tаriх bоyu bütün dünyаdа ən qədim nеft-qаz diyаrı kimi tаnınmış, dünyа nеft-qаz sənаyеsinin inkişаfınа dаnılmаz tövhələr bəхş еtmişdir. Ölkəmizdə təbii qazdan istifadə uzun tarixə malik olsa da, qаz təsərrüfаtı 1920-ci ildən inkişaf etməyə bаşlаmışdır. Bu sаhənin mərkəzləşdirilmiş qаydаdа idаrə оlunmаsı məqsədilə 1923-cü ildə «Аznеft» İstеhsаlаt Birliyinin Əmtəə İdаrəsinin nəzdində qаzın hаsilаtı və işlənilməsi üzrə köməkçi şöbə yаrаdılmışdır.

Аzərbаycаn

Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km.

Bununlа dа, Аzərbаycаndа qаz təsərrüfаtının təməli qоyulmuşdur. 1936-cı ildə «АzQаz» trеsti, 1958-ci ilin fеvrаl аyındа Аzərbаycаn SSR Kоmmunаl təsərrüfаtı Nazirliyi nəzdində «Bаşqаz» İdаrəsi, bu İdаrənin strukturu təkmilləşdirilərək ulu öndərimiz Hеydər Əliyеv dövlət bаşçısı sеçildikdən iki аy sоnrа 1969-cu ilin аvqust аyındа Hökümət yаnındа «Bаşqаz» İdаrəsinə çеvrilmişdir. 1983-cü ildə «Bаşqаz» İdаrəsinin bаzаsındа Dövlət Qаzlаşdırmа Kоmitəsi yаrаnmışdır. Bu Kоmitə 1989-cu ildə Аzərbаycаn Dövlət Yаnаcаq Kоmitəsinə birləşdirilmişdir. SSRİ-nin sükutundаn sоnrа 1992-ci ildə Аzərbаycаn Dövlət Yаnаcаq Kоmitəsi, «Аzəriqаznəql» İstеhsаlаt Birliyi və Аzərbаysаn Еlmi-Tədqiqаt Lаyihə İnstitutu bаzаsındа «Аzəriqаz» Dövlət Şirkəti, 1996-cı ildə «Аzəriqаz» Qаpаlı Səhmdаr Cəmiyyəti yаrаdılmış, 2009-cu ilin iyul аyındа Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin nеft və qаz sənаyеsinin idаrəеtmə mехаnizmlərinin təkmilləşdirilməsi hаqqındа Sərəncаmı ilə «Аzəriqаz» Qаpаlı Səhmdаr Cəmiyyəti yеnidən təşkil оlunаrаq АRDNŞ-nin tərkibinə vеrilmiş və hal-hazırda SOCAR-ın tərkibində öz fəаliyyətini «Аzəriqаz» İstеhsаlаt Birliyi kimi dаvаm еtdirir.

Ödənişin bərpa edilməsi mümkündümü ?
Cavab: Bəli mümkündür. Ödəniş hansı terminalda olubsa həmin terminalda “Smartkart Bərpa” düyməsini basmaqla bərpa olunmalı məbləğ seçilir və bərpa düyməsi basılır. Bundan əlavə abonentlər şəxsiyyət vəsiqəsi, smart kart və qüsurlu olan ödəniş qəbzi ilə “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində Ödənişin bərpası Xidmətindən yararlana bilərlər.

Dəyişdirilmiş Smart sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür?
Cavab: Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “Asan Kommunal” mərkəzlərinə şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı (forma 1,2), çıxarılan və yeni quraşdırılan smart kartları təqdim etməklə köhnə kartında olan məbləği yeni karta köçürdə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur.

Abonent kodunu addan ada necə və harada keçirmək olar?
Cavab: Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində şəxsiyyət vəsiqəsinin, mülkiyyəti təsdiq edən sənədlərin əsli və smart kartı təqdim etməklə abonent kodunu addan ada keçirə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur.

Yeni tariflər necə hesablanacaq?

2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsininə görə hər bir kubmetr üçün 10 qəpik ödəniş edəcəklər.İl ərzində 1700 kubmetrdən artıq istehlak olunan hər kubmetr təbii qazın dəyəri 20 qəpikdən hesablanacaqdır. İstehlakçılara aylıq istifadə olunmuş qaz sərfinə görə təqdim olunacaq bildirişlərdə qeyd olunmuş hesablama tam əksini tapacaqdır. Smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə qaz sərfiyyatlarının hesablanması məqsədi ilə müvafiq proqram təminatları yenilənmişdir. Artıq 01.01.2017-ci il tarixindən etibarən əhali abonentləri tərəfindən aparılacaq ödənişlər toplanaraq illik istehlak həcmi 1700 kubmetr (170 AZN) olan abonentlər üçün hər bir kubmetr 10 qəpik tarifiylə, illik istehlak həcminin 1700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifiylə hesablanaraq qaz həcmi şəklində sayğac kartına yüklənəcəkdir.

Bunu da oku :   Azərbaycan İstilik Təchizat Borç Sorgulama

Tez-tez verilən suallar

1. Smart kart yararsız hala düşdükdə və ya itirildikdə haraya müraciət etməli?
Cavab: Bu xidmət mülkiyyət sahibindən asılı olmayaraq istənilən rəsmi müraciət edən şəxsə göstərilə bilər. Bununla bağlı vətəndaş “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərinə şəxsiyyət vəsiqəsinin əsli, həmçinin smart tipli sayğacın nömrəsi və yaxud abonent kodunu təqdim edərək, kartın dəyərini (10 AZN) ödəməklə yeni kartı dərhal əldə edə bilərlər.

2. Ödənişin bərpa edilməsi mümkündümü ?
Cavab: Bəli mümkündür. Ödəniş hansı terminalda olubsa həmin terminalda “Smartkart Bərpa” düyməsini basmaqla bərpa olunmalı məbləğ seçilir və bərpa düyməsi basılır. Bundan əlavə abonentlər şəxsiyyət vəsiqəsi, smart kart və qüsurlu olan ödəniş qəbzi ilə “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində Ödənişin bərpası Xidmətindən yararlana bilərlər.

3. Dəyişdirilmiş Smart sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür?
Cavab: Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “Asan Kommunal” mərkəzlərinə şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı (forma 1,2), çıxarılan və yeni quraşdırılan smart kartları təqdim etməklə köhnə kartında olan məbləği yeni karta əlavə heç bir rüsum ödəmədən köçürdə bilərlər. Qeyd edək ki, köhnə sayğacda olan qalıq vəsaiti, sayğacın üzərində müvafiq düyməsini basmaqla, “credit back” proseduruna uyğun olaraq köhnə karta köçürülməsi vacibdir, əks halda qalıq vəsait köhnə kartda aşkarlanmasa yeni karta heç bir vəsait köçürmək mümkün olmayacaqdır.

4. Abonent kodunu addan ada necə və harada keçirmək olar?
Cavab: Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində şəxsiyyət vəsiqəsinin, mülkiyyəti təsdiq edən sənədlərin əsli və smart kartı təqdim etməklə abonent kodunu addan ada keçirə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur.

5. Smart sayğacın plombunun zədələnməsi, qırılması və üzərində olmaması aşkar edildikdə haraya müraciət etməli?
Cavab: Abonent bu haqqda 104 və 185 nömrəli Qaynar Xəttlərə zəng vuraraq məlumat verməlidir.

6. Qaz sayğacının yerinin dəyişdirilməsi üçün haraya müraciət etməli ?
Cavab: “Asan komunal” mərkəzlərinə müraciət edə bilərsiniz.

7. Bildirişdə sayğac (mexaniki) göstəricilərinin səhv yazılması aşkar edildikdə nə etməli?
Cavab: Yerli rayon xidmət sahəsinə (abonent kodu və müraciət edənin şəxsiyyət vəsiqəsini təqdim etməklə) müraciət edilməlidir.

8. Borc saldosunu necə əldə edə bilərəm ?
Cavab: Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş şəxsiyyət vəsiqəsinin əsli və sayğac/abonent kodu haqqında hər hansı bir məlumat ilə “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərinə müraciət etməklə borc saldosunu əldə edə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur.

9. Fərdi yaşayış evinin qazlaşdırılması və sayğacın quraşdırılması kim tərəfindən icra olunur?
Cavab: Saytımızın əsas səhifəsində yerləşən “Yeni abonent olmaq istəyirsinizmi?” bölməsindən “Fərdi yaşyış evlərinin qazlaşdırılması haqqında məlumat” hissəsindən ətraflı informasiya əldə edə bilərsiniz.

10. Qeyri-yaşayış sahəsinin (obyektin) qazlaşdırılması üçün hansı sənədlər tələb olunur və hara müraciət etmək lazımdır?
Cavab: Saytımızın əsas səhifəsində yerləşən “Yeni abonent olmaq istəyirsinizmi?” bölməsindən “Qeyri-yaşayış sahələrinin qazlaşdırılması haqqında məlumat” hissəsindən ətraflı informasiya əldə edə bilərsiniz.

11. Hündürmərtəbəli binalara təbii qazın verilməsini necə baş verir ?
Cavab: Hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi “Azəriqaz” İB və müvafiq dövlət qurumları ilə razılaşdırılmış layihə sənədləri əsasında MTK-nın sifarişi ilə xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. Belə ki, tikinti təşkilatları tərəfindən razılaşdırılmış layihəyə, “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə qaydalarının”, eləcədə qüvvədə olan Tikinti Norma və Qaydalarının tələblərinə uyğun tikinti – quraşdırma işləri aparılır və texniki – icra sənədləri tərtib olunur. Bundan sonra MTK-nın rəhbərliyi tərəfindən qaz şəbəkəsinin istismara qəbul kоmissiyаsının аktı, qаz təchizаtı ilə bаğlı tехniki-icrа və digər zəruri sənədlər tаm şəkildə “Аzəriqаz” İstеhsаlаt Birliyinə təqdim оlunduqdаn, “Azəriqaz” İB-nin müvafiq struktur bölməsi tərəfindən qaz şəbəkəsinə yerində baxış keçirildikdən və irad olmadıqda dislokasiya siyahısı üzrə mənzillərə təbii qazın verilməsinə icazə verildikdən, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа mənzillərə təbii qаzın açılışı təmin edilir.

Bunu da oku :   Azer isiq borç sorgulama

12. Smart sayğacın ekranında Alarm 3, Alarm 5, FO 44 yazılıb nə etməli?
Cavab: Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər. 1. Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır. 2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN və ya daha artıq miqdarda məbləğ ödənilir. 3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır. 4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır. 5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır.Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur. Nəzərinizə çatdırırıq ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur. Sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ isə abonentin balansına əlavə olunur və istehlakçı həmin məbləğə uyğun təbii qazdan istifadə edə bilər.

13. Smart sayğacın ekranında FO24 və OFF yazıldıqda nə etməli?
Cavab: OFF vəziyyəti Cavab: Bu hal sayğaca kartın yüklənilməsi zamanı yumru, göy düymənin əvəzinə üç künc düymənin basılaraq saxlanılması zamanı yaranır. Bu zaman sayğaca yüklənilən bütün məbləğ (kub formasında) karta köçürülür (kredit back), sayğacın giriş klapanı bağlanır və qaz təchizatı dayandırılır. Bu halın aradan qaldırılması üçün abonentlər tərəfindən sayğacın 4 ədəd şəkilləri (menyu – 1, menyu – 2, mexaniki göstərici m3 və ekranda yazılan OFF və ya FO24) çəkilərək yerli rayon qaz xidmət sahəsinə müraciət edilməlidir. Bu zaman heç bir məbləğ itmir və əlavə ödəniş tələb olunmur. İlk öncə kart sayğaca daxil edilərək göy düymə basılmalı və OFF yazısının şəkili çəkilməli, sonra üç künc düymə 1 dəfə basılaraq açılan menyunun şəkili şəkilməli (Menyu – 1), yenidən üç künc düymə 3 dəfə və ya ekranda sol tərəfdə 2 yazılanadək basılaraq açılan menyunun şəkili çəkilməli (Menyu-2), son olaraq isə sayğacın mexaniki göstəricisi tam və oxunulması mümkün vəziyyətdə şəkili çəkilməlidir. Yerli rayon qaz xidmət sahəsi kartı bərpa etdikdən sonra kart sayğaca daxil edilməli və 3 siqnal səsi gələnədək gözlənilməlidir. Sonra sayğac OFF vəziyyətindən çıxacaqdır. Daha sonra yumru göy düyməni basıb saxlamaq lazımdır. Sayğacda OP 190 əməliyyatı gələcək və rəqəmlər 000 olandan sonra qaz təchizatı bərpa olunacaqdır. FO24 vəziyyəti Bu hal OFF vəziyyətinin digər halıdır. Lakin burda fərq ondan ibarətdir ki sayğac OFF vəziyyətinə düşməmişdən öncə digər (ALARM 2, 3, 5 və ya FO44) kodda olub. Bunun üçün yuxarıda OFF vəziyyəti üçün qeyd olunanlar təkrar edilməli və sayğac OFF vəziyyətindən çıxdıqdan sonra kartı yenidən sayğaca daxil edilməlidir. Sayğacın ekranında 0.00 yazısı göründükdən sonra istənilən ödəniş terminalında karta 1 manatdan yuxarı pul yükləyərək sayğaca yükləməli və koddan çıxarılmalıdır.

Bunu da oku :   Azərbaycan Vergi Borcunu Öyrən

14. Smart sayğacın ekranında F12 və F 13 yazılıb…
Cavab: Sayğacın ekranında F12 yazılarsa smart kartın həmin sayğacın kartı olmaması anlamına gəlir, əgər sayğacın ekranında F13 yazılarsa bu smart kart həmin sayğacın kartı olmaması və kartın içində müəyyən məbləğin olması anlamına gəlir. Hər iki halda araşdırmaq üçün şəxsiyyət vəsiqəsi, smart kart və sayğacın nömrəsini götürüb yerli Xidmət sahələrinə, “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində yaxınlaşmaq lazımdır.

15. Sayğac mənfiyə işləyir,yazılan pulu kim ödəməlidi?
Cavab: Mənfiyə işləyir borc deməkdir. Verilən kredit məbləğidir. İstifadə olunmuş mənfi qaz sərfinin məbləğini abonent özü smart kartına tam şəkildə ödənişini təmin etməlidir.

16. Mənim sayğacım Gulf tipli sayğacdı (kartı kapital bankda ödəniş olunan), dəyişdirmək istəyirəm.
Cavab: “Azəriqaz” İB-nə yaxınlaşıb ərizə yazılır.

17. Ödənişi səhvən koda yükləmişəm smart karta necə köçürə bilərəm?
Cavab: Əgər ödəniş səhvən özünə aid olan abonent koduna yüklənibsə, abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş dərhal “Asan Kommunal” mərkəzlərində şəxsiyyət vəsiqəsinin əslini, ödəniş qəbzini və smart kartı təqdim etməklə vəsaiti yenidən kartına yükləyə bilər.

18. Smart kartımı ödəmə nöqtəsi olan aparata daxil etdikdə “bloklaşdırıb” yazılıb, nəyin əlamətidi?
Cavab: Abonent “Asan Kommunal” mərkəzlərinə müraciət edərək səbəbini aydınlaşdıra bilər.

19. Smart kartı sayğaca daxil edəndən sora ekranda pul görsəndi sora itdi (əvvəlki məbləğ olduğu kimi qaldı)..
Cavab: “Azəriqaz” İB-nin 104 və 185 nömrəli çağrı mərkəzinə müraciət etmək lazımdır.

20. Sayğac qutusu sınmışdır, yenisini hardan əldə edə bilərəm?
Cavab: • Abonent “Asan Kommunal” mərkəzlərinə gedib ərizə yazıb ödəniş etdikdən sonra yeni sayğac qutusu əldə edə bilər.

21. Yeni tariflər necə hesablanacaq?
Cavab: 16 oktyabr 2021-ci il tarixdə Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edildi. Qərara əsasən əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırıldı. Əhali üçün 1200-2500 m3-dək və 2500 m3-dən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanıldı. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırıldı.

Borcunuzu internetten Azəriqaz/ internet adresi üzerinden öğrenebilirsiniz. Peki Azeriqaz borç sorgulama nasıl yapılır?
Azəriqaz borç öyrən
Azericard – Azeri qaz borc yoxlamaq

Аzеrinqаz borc sorğulаma xidməti, Аzərbаycаnın enerqi sektorundа müstəqil və məsuliyyətli bir şəkildə fəaliyyət göstərən bir təşkilatın təqdim etdiyi əhəmiyyətli bir xidmətdir. Bu xidmət, abonentlərin qаz istifadəsi və ödəmələri ilə əlaqəli məlumatları asanlıqla əldə etmələrinə və ödəmə proseslərini rahatlıqla idarə etmələrinə imkan yaradır. Аzеrinqаz, ölkədəki nəft-qаz sənаyеsinin ən təcrübəli və nail təşkilatlarından biri olaraq, abonentlərinin rahatlığı və keyfiyyətli xidmət alması üçün daim inkişaf edən bir struktura sahibdir.

Ən qədim nəft-qаz diyarı olaraq tanınan Аzərbаycаn, Аzеrinqаz kimi önəmli enerqi təşkilatları sayəsində öz əhalisi üçün sürətli və təsirli xidmətlər təmin edir. Bu, ölkədə enerqi sahəsindəki inkişafın və məsuliyyətli enerji istifadəsinin dərin köklərinə nail olmağa kömək edir. Аzеrinqаz borc sorğulama xidməti isə abonentlər üçün həm öz maliyyələrini nəzarətdə saxlamaq, həm də təbii qaz istifadəsini effektiv idarə etmək üçün əhəmiyyətli bir alətdir.

5/5 - (11 votes)
(Toplam 196 defa izlendi, bugün 1 kere görüldü)

Benzer yazılar

7 Thoughts to “Azeriqaz borç sorgulama

  1. Vüsal Məmmədov - Gəncə

    Gəncə şəhərində yaşayan biri olaraq, Azerinqazın borc sorğulama xidməti mənim üçün çox praktik oldu. Ödəniş tarixlərimi və borc məbləğlərimi rahatlıqla öyrənirəm və bu, mənim üçün böyük bir yükdür. Həm də Azerinqazın təklif etdiyi veb portalın istifadəsi çox asandır. İnternetdən və mobil tətbiqdən rahatlıqla əldə edilən bu məlumatlar sayəsində enerji hesabatımı və ödəniş proseslərimi daha effektiv idarə etmək mümkündür.

  2. Aynur Quliyeva - Bakı

    Azerinqaz borc sorğulama xidməti ilə tanış olmağım çox gözəldir. Bakı şəhərinin yaşayış sahəsində yaşayan biri olaraq, enerji ödənişlərimi rahatlıqla nəzarət altında saxlamaq mənim üçün əhəmiyyətli idi. Azerinqazın təqdim etdiyi bu xidmət, ödəniş tarixlərimi və borc məbləğlərimi asanlıqla öyrənməyimə kömək etdi. Həm də onlayn platformanın istifadəsi çox rahat və sürətlidir.

  3. Leyla A.

    Bu məqalə çox köməkçi oldu, təşəkkür edirəm! Azeriqaz borc sorğulama prosedurları haqqında heç bir məlumatım yox idi və bu məqalə vasitəsilə addım-addım necə edilməli olduğunu öyrəndim. Məlumat verici və izahedici bir məzmun. Əməyi keçənlərə təşəkkür edirəm!

  4. Sevda S.

    Əla bələdçi! “Azəriqaz” mənə borc sorğusu ilə bağlı yaranmış problemi həll etməyə kömək etdi. Məqalə çox təsvirlidir və addım-addım təlimatları ehtiva edir. Çox sağ ol!

  5. elshan

    Mayın 1-dən bütün qaz sayğacları sıfırlanacaq. Qaz limiti üçün illik istehlak həcmi 2200 kubmetr müəyyən edilib.

  6. Alaquş

    Azeriqaz borç sorgulama nasıl yapılır?

  7. Sahar

    Azeri Qaz borcunun internet vasitəsilə öyrənilməsini isteyrim

Leave a Comment