Telefon axtarış sistemi
Əgər Siz rabitə və kommunal borclarınızı internet vasitəsilə öyrənmək və bankomat kartlarından ödəmək istəyirsinizsə (o cümlədən Azəri QAZ Smart kartınıza pulun yüklənməsi üçün), onlayn ödəmə linkinə daxil olun. Onlayn ödəmə əməliyatlarından heç bir əlavə haqq tutulmur. Borc ödənildikdən sonra bağlı olan telefon 30 dəqiqə ərzində avtomatik açılır (BTRİB, TRANSEVROKOM, NAXÇIVAN MR və Aztelekom abunəçiləri üçün).
ULTEL VƏ KATEL abunəçiləri yalnız kommunal borclarını ödəyə bilərlər!
1. “Elektron hökumət” portalına (www.e-gov.az) daxil olun və “E- xidmətlər” menyusundan “Bütün xidmətlər” bölməsini seçin.
2. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sətrinin üzərinə vurun. Xidmətlər arasından “Telefon nömrəsi üzrə axtarış” xidmətini seçin
3. Məlumat almaq istədiyiniz telefon nömrəsinin aid olduğu şəhəri (bölgəni) seçib, telefon nömrəsini daxil etdikdən sonra “Axtar” düyməsinə vurun
4. Açılan pəncərədə telefon nömrəsinin sahibinə (abunəçiyə) aid olan məlumatlar əks olunacaq
Bakı. 13 oktyabr. REPORT.AZ/ Sentyabr ayında “Elektron hökumət” portalı üzərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) ən çox istifadə olunan 6 elektron xidməti arasında ikinci yerdə “Telefon nömrəsi üzrə axtarış” xidməti qərarlaşıb.
RYTN-dən “Report”a daxil olan xəbərə görə, ötən ay portal istifadəçiləri telefon nömrəsi üzrə axtarış sisteminə 66 807 dəfə müraciət edib.
Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.
Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Sözügedən e-xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir.
Qeyd: “Borcunuzu online ödəyin” başlığına daxil olmaqla nömrənin borcunu ödəmə imkanı əldə edirsiniz.
✓ Telefon axtarış sistemi
✓ Telefon nömrəsinin dəyişdirilməsi
✓ Azərbaycan internet portalı
✓ Aztelekom İstehsalat Birliyi
Telefon axtarış sistemi necedir?
Çok yaxi olar