Azərbaycan Vergilər Nazirliyi

Ana Sayfa e-Azerbaycan ❱ Azərbaycan Vergi Ödəmə

Azərbaycan Vergi Ödəmə

18 May , 2018  

Azərbaycan Vergi Ödəmə
Hörmətli vergi ödəyiciləri! Artıq Siz banka getmədən onlayn üsulla və ya nağd qaydada ExpressPay terminalları vasitəsilə vergilərinizi ödəyə bilərsiniz.

Muzdlu iş dedikdə əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyəti başa düşülür. Fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlir isə — əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya faydadır.

Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər və ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənar gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.

Vergilərin onlayn qaydada İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə ödənilməsi
Vergi ödəyicisi www.e-taxes.gov.az saytına daxil olur və Giriş düyməsini sıxır. Açılan pəncərədə İstifadəçi kodu, parol, şifrəni daxil edir (sistemə daxil olmaq üçün “e-İmza” kartından da istifadə etmək olar). «Onlayn kargüzarlıq və e-VHF» bölməsini seçərək daxil olduqdan sonra pəncərənin aşağı sol tərəfində «Onlayn ödəmə» düyməsini sıxır. Açılan pəncərədə müvafiq siyahıdan Təsnifat kodunu seçərək Ödəniləcək məbləği daxil edir, «Ödə» düyməsini sıxdıqdan sonra ödəniş kartının tələb olunan məlumatlarını daxil edərək «Təsdiq» düyməsi sıxır və «Önlayn ödəmə»əməliyyatı həyata keçirilmiş olur.
Daha ətraflı məlumat üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:
Əməliyyatın şəkilli təsviri: https://www.e-taxes.gov.az/help/#OnlaynOdeme01
Əməliyyatın video təsviri: http://www.taxes.gov.az/video_gallery/online_odeme
Elektron xidmətin inzibati reqlamenti: http://vn.taxes.gov.az/reqlament/7.8.pdf

Qeyd:
– “Onlayn ödəmə” düyməsi sıxıldıqdan sonra sistem tərəfindən ekrana həmin tarixə olan vergi borcu barədə məlumat ekrana çıxır.
– Kart sahibindən aparılmış hər bir əməliyyata görə avtomatik rejimdə minimum 40 qəpik olmaqla ödənilmiş məbləğin 0,15 faizi həcmində bank idarəsinin xeyrinə xidmət haqqı tutulur.

Vergi bəyannaməsini verən şəxslər
Mövcud qanunvericiliyə əsasən müxtəlif vergi növləri üzrə vergi bəyannamələrini təqdim etməli olan şəxslər aşağıdakı kimi müəyyənləşdirilmişdir.

1. Gəlir vergisi üzrə
Azərbaycan mənbəyindən gəlir əldə edən və ödəmə mənbəyində vergiyə cəlb olunmayan rezident və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən Azərbaycan Respublikasının rezident fiziki şəxsləri hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verirlər.

2. Mənfəət vergisi üzrə
Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir.

3. Əlavə dəyər vergisi üzrə
ƏDV üzrə hesabat dövrü təqvim ayıdır.

4. Aksizlər üzrə
Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır.

5. Əmlak vergisi üzrə
Əmlak vergisi üzrə hesabat dövrü təqvim ilidir.

6. Torpaq vergisi üzrə
Torpaq vergisi üzrə hesabat dövrü təqvim ilidir.

7. Yol vergisi üzrə
Yol vergisi üzrə hesabat dövrü təqvim ayıdır.

8. Mədən vergisi üzrə
Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır.

9. Sadələşdirilmiş vergi üzrə
Sadələşdirilmiş vergisi üzrə hesabat dövrü rübdür.

10. Ödəmə mənbəyində, o cümlədən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə
ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə hesabat dövrü vergi ili, bütün digər hallarda isə ödəmə mənbəyində tutulan vergilər üzrə hesabat dövrü rübdür.

11. İxracat vergisi üzrə
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə yığım barədə hesabat üzrə hesabat dövrü təqvim ayıdır.

12. Dövlət rüsumu üzrə
Dövlət rüsumu üzrə hesabat dövrü rübdür.

Vergilərin onlayn qaydada Hökümət Ödəniş Portalı (gpp.az) vasitəsilə ödənilməsi
Vergi ödəyicisi www.gpp.az saytına daxil olub «Büdcə ödənişləri» hissəsindən «Vergilər Nazirliyi» bölməsini seçir. Açılan pəncərədə özünə məxsus VÖEN-i və Təhlükəsizlik kodunu daxil edib «Axtar» düyməsini sıxır. Açılan növbəti pəncərədəki «Ödəniş növləri»ndən ödəniləcək verginin növünü (məsələn: Sadələşdiirlmiş vergi) və fəaliyyət növünə uyğun Təsnifat kodunu (məsələn: 14323 – Digər fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi) seçib «Əlavə et» düyməsini sıxır. Daha sonra “Ödəniş məbləği”ni müvafiq xanaya daxil edib «Ödəniş» düyməsini sıxır. Bundan sonra açılan pəncərədə ödəniş kartının tələb olunan məlumatlarını (kartın nömrəsi, istifadə müddəti, 3 rəqəmli CVV2/CVC2 kodu və növü) müvafiq xanaya daxil edərək «Ödəmək» düyməsi, sonda isə əməliyyatı təsdiqləmək üçün «Təsdiq» düyməsi sıxıldıqda «Önlayn ödəmə»əməliyyatı həyata keçirilmiş olur. Sonda ödəmənin nəticəsi barədə məlumatı çap edə və ya həmin məlumatları öz e-Mail-zə göndərə bilərsiniz.
Qeyd: Kart sahibindən aparılmış hər bir əməliyyata görə avtomatik rejimdə minimum 40 qəpik olmaqla ödənilmiş məbləğin 0,15 faizi həcmində bank idarəsinin xeyrinə xidmət haqqı tutulur.

Vergilərin nağd qaydada “ExpressPay” ödəniş terminalları vasitəsilə ödənilməsi;
Vergi ödəyicisi «ExpressPay» ödəniş terminalın menyusunda «Hökumət ödənişləri» bölməsinə daxil olub «Vergilər Nazirliyi» düyməsini seçir. Daha sonra VÖEN-i daxil edib «İRƏLİ» düyməsini sıxır. Açılan pəncərədə siyahıdan ödəyəcəyi vergi növünün (məsələn: Sadələşdirilmiş vergi) üzərinə vurub alt siyahıdan fəaliyyət növünə uyğun xananı (məsələn: 14323-Digər fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi) seçir. Nağd pulu qurğuya daxil edib «Ödəmək» düyməsini sıxır və bununla «Nağd ödəmə»əməliyyatı həyata keçirilmiş olur.
Qeyd:Kart sahibindən aparılmış hər bir əməliyyata görə minimum 40 qəpik olmaqla ödənilmiş məbləğin 0,15 faizi həcmində bank idarəsinin xeyrinə xidmət haqqı tutulur.

Əməliyyatın şəkilli təsviri: http://www.taxes.gov.az/uploads/epay/EpayTelimat.pdf
Əməliyyatın video faylı: https://youtu.be/_eD8UvaKVrI
ExpressPay ödəniş terminallarının yerləşdiyi ünvanların siyahısı: http://www.taxes.gov.az/uploads/epay/epay.pdf

Vergi borcu barədə məlumatı tez bir zamanda necə əldə etmək mümkündür?
1-ci üsul: Birbaşa internet saytdan
http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler&file=out&pid=79 ünvanından, VÖEN-nizi daxil edib vergi borcunuzu öyrənin.

2-ci üsul: Çağrı Mərkəzinə zəng etməklə
195 Çağrı Mərkəzinə zəng etdikdən sonra “1” düyməsini seçməklə Vergilər Nazirliyinə qoşulursunuz, sonra öz VÖEN nömrənizi yığaraq “#” düyməsini seçirsiz. Bundan sonra siz həmin tarixə olan vergi borcunuz barədə məlumat alacaqsınız.

3-cü üsul: İnternet vergi idarəsinə daxil olmaqla
Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin (https://login.e-taxes.gov.az/login/) «E-bəyannamə, ƏDV-DH və ŞHV» bölməsinə daxil olur. Burada «Şəxsi Hesab Vərəqəsi» bölməsinə daxil olaraq «Məlumat axtar» alt-bölməsi vasitəsilə öz öhdəlikləri və borcları barədə məlumat ala bilər.

4-cü üsul: SMS vasitəsilə
Vergilər Nazirliyinin təqdim etdiyi «İkitərəfli SMS xidməti» xidmətinə qoşulmaqla (http://www.taxes.gov.az/195sms) vergi öhdəlikləri barədə 21 istiqamətdə, SMS sorğusu göndərməklə isə 5 istiqamətdə məlumat almaq mümkündür. Xidmətdən istifadə etmək üçün mobil telefondan *195*istifadəçi kodu*şifrə#yes (məsələn: *195*00000541*121756#yes) yığaraq qeydiyyatdan keçmək lazımdır.

Əgər abunəçisizsə: Qeydiyyatdan keçmiş nömrədən START yazıb 8195 nömrəsinə SMS göndərməklə vergi ödəyicisi SMS vasitəsilə 21 istiqamətdə vergi öhdəliyi barədə məlumat ala bilər.

Əgər abunəçi deyilsinizsə: Qeydiyyatdan keçmiş nömrədən 8195 nömrəsinə müvafiq rəqəmi göndərməklə aşağıdakılar barədə məlumat almaq olar: «1» – dövlət büdcəsinə vergi borcu barədə; «2» – təqdim olunmalı bəyannamələr barədə; «3» – fəaliyyətin aktivliyi və ya dayandırılması barədə; «4» – e-qutudakı yeni və ya oxunmuş məktublar barədə və «5» – qeydiyyata alınmış təsərrüfat subyektləri barədə.

Vergiləri necə ödəyək?
195 Nömrəli Vergilər Nazirliyi Çağrı Mərkəzi : Bu nömrəyə zəng edərək bizə suallarınızı verə bilərsiniz
Vergilər Nazirliyi
İnternet Vergi İdarəsi
Asan SXM (ASXM)
Tax Free
✓ VÖEN-nizi daxil edib vergi borcunuzu öyrənin
✓ İnternet vergi idarəsi daxil olmaq: login

(Toplam 3 defa izlendi, bugün 1 kere görüldü)

, , , , , , , , , , ,

Ana Sayfa e-Azerbaycan ❱ Azərbaycan Vergi Ödəmə


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir