Azərbaycan Mobil Operatorlar

mobil-operatorlar

Azərbaycan Mobil
GSM Azərbaycan’a 1994-cü ildə mobil rabitə operatoru olan Bakcellin yaranması ilə gəldi. Hazırda Azərbaycanda üç mobil rabitə operatoru var.

GSM rabitə sistemlərinin içərisində ən sərfəlisidir.

Azərbaycan demokratik, leqal, dünyəvi, unitar respublikadır. Etnik türk və müsəlman çoxluğuna sahib ölkədir.Ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.

GSM – The Global System for Mobile Communication (GSM) rəqəmsal hücrəsəl bir kommunikasiya sistemidir. İSDN xidmətləriylə də uyğun işləmək üçün dizayn edilən GSM ilk olaraq Avropadakı mobil telefon sistemini standartlaşdırmaq üçün quruldu və sonradan bütün dünyada sürətlə yayıldı.

Hücrə əsaslı mobil radio sistemi qurmaq təşəbbüsü ilk dəfə 1970-ci illərdə ABŞ-dakı Bell Laboratoriyasında göstərilmişdir. Lakin bu sistem 1980-ci illərə qədər ticari olaraq düşünülmədi. 1980-ci illərdə analoq hücrəsəl telefon sistemi Avropa daxilində xüsusiyyətlə də Skandinaviya ölkələri və İngiltərədə sürətli bir yüksəlişə keçdi. Lakin başlanğıcda hər ölkə özünə görə bir sistem inkişaf edirdi.Bu təbii olaraq bəzi problemləri özü ilə gətirdi:

Azərbaycan Mobil Operatorlar
Azercell Telekom MMC
Azercell Telekom MMC ən çox bazar payı və 4,5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur.

Azercell şirkətinin hazırkı 100% sərmayədarı Türkiyənin “Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş,” şirkətidir.

Azercell 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri oldu.

Azercell ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə 1 mlrd. ABŞ dollarından artıq sərmayə qoymuşdur. Vergilər Nazirliyinin məlumatına əsasən, Azercell qeyri neft sektorunun ən iri vergi ödəyicisidir.

Hal-hazırda Azercell ölkə əhalisinin 99,8%, ölkə ərazisinin isə 80%-ni (20% işğal olunmuş əraziləri çıxmaq şərti ilə) əhatə edir.
https://www.azercell.com Azercell
Azercell Onlayn Xidmətlər
Azercell Ödəmə ve balans

Bakcell
Bakcell 1994-cü ilin mart ayında GTİB şirkəti və Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən Birgə Müəssisə kimi təsis edilmişdir. Bakcell Azərbaycanda ilk mobil rabitə xidməti göstərən şirkətdir.

Bunu da oku :   Azer isiq borç sorgulama

Azərbaycanda ilk iri sərmayəçilərdən biri olaraq, Bakcell şirkəti indi də qabaqcıl texnoloji avadanlıqların tətbiqi və müştərilərimizə xidmət göstərən işçi heyəti vasitəsilə iqtisadiyyata sərmayə yatırmağa davam edir. Bununla da şirkət ölkədə müvəffəqiyyətli biznes nümunəsini nümayiş etdirir.

2003-cü ilin Dekabrında şirkətin özəlləşmə prosesi uğurla başa çatmışdır. Nəticədə, 2004-cü ilin yanvar ayından başlayaraq, Bakcell 100% şəxsi kapitala malik (olan) bir şirkət kimi fəaliyyət göstərir.
https://www.bakcell.com Bakcell
Bakcell Ödəmə və Balans, Kredit, Pul gönder
Bakcell Ödəmə üsulları
Bakcell hesabınıza giriş

Nar Mobile
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Balansınızı yoxlamaq : *100#?
http://www.narmobile.az Nar Mobile
Nar Mobile Ödəmə və Balans, Kredit, Pul gönder
Nar Mobile hesabınıza giriş

Naxtel 4G

NAXTEL Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub. ”NAXTEL” 4-cü nəsil GSM + LTE operatorudur. Öz nizamnaməsi və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 07 sentyabr 2015-ci il tarixli 0001503 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Hazırda 98 baza stansiyasıvasitəsi ilə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edir. Hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber optik kabel xətləri çəkilmiş və saniyədə 1Gb informasiya daşıya bilən avadanlıqlar qurulmuşdur. NAXTEL 4G mobil şəbəkəsində 800 Mhs, 900 Mhs və 1800 Mhs tezlik diapozonlarının hər üçündən istifadə olunur. Bu da abunəçilər üçün ideal imkanlar yaratmışdır. Milli və beynəlxalq rominq əlaqələri NAXTEL 4G-nin dünyanın 10-dən artıq ölkəsində fəaliyyətini təmin edir. Buraya səs, data və sms xidmətləri daxildir.

Bunu da oku :   Azeriqaz borç sorgulama

http://naxtel.az/Naxtel

Naxtel Ödəmə və Balans, Kredit, Pul gönder

Naxtel Hesabınıza Giriş

Mobil telefonlara gələn qanunsuz SMS-lərdən xilas olmağın yolları
“Son zamanlar müşahidələr göstərir ki, mobil operatorlar qanunsuz SMS-lər məsələsini yenidən aktivləşdiriblər. Sosial mediadakı müzakirələrdən görünür ki, bu sahədə dövlət nəzarətinin yetərli olmamasından istifadə edən operatorlar aşıq-aşkar istifadəçilərinin hüquqlarını pozurlar”.
Ekspert rəqəmsal sahədə istifadəçi hüquqlarının qorunması üçün, bu sahədə ictimai nəzarət imkanlarını gücləndirmək üçün bir sıra təkliflər bildirib.
1. Telekommunikasiya haqqında və Reklam haqqında qanunverilicik qanunsuz SMS-lər göndərilməsini operatorlara və provaydrelərə qadağan edib. Əgər Müqavilədə buna razılıq yoxdursa, heç bir halda onlar bunu edə bilməzlər. Odur ki, birinci növbədə mobil operatorlarla bağlanılan müqavilədə reklam SMS-lərinin qəbul etmək və ya etməmək bəndinin olmasına diqqət etmək lazımdır.
Eyni zamanda qanunvericiliyə görə mobil operator və provayder özü müştərisini qanunsuz SMS reklamlardan qorumalıdır. Yəni mobil operator imkan verməməlidir ki, onun hansısa bir kontent provayderi əgər sizinlə razılıq yoxdursa, SMS göndərsin. Qanunda birmənalı olaraq qeyd olunub ki, əgər sizin razılığınız yoxdursa qanununsuz SMS-in məsuliyyəti mobi operator və provayderin üzərindədir.

2. Əgər razılıq olamadan sizə SMS-lər gəlməkdə davam edirsə, onda sübutlar toplamaq üçün SMS-reklamları “skrinşot” etmək, sizi hansısa xidmətə qoşan kontent provayderlərin adlarını qeyd etmək lazımdır.

3. Birinci növbdə bununla bağlı mobil operatora müraciət etmək lazımdır ki, SMS-lər və müvafiq xidmətlərə abunə dayandırılsın.
Hətta siz təsadüfən hansısıa OK düyməsini də basıb xidmətə abunə olmusunuzsa, yenə də bunların dərhal dayandırılmasını tələb edirsiniz. Sizin bu müraciətiniz əsasında qanuna görə operator dərhal sizin nömrəyə gələn SMS-ləri dayandırmalıdır.
Əgər SMS-lər mobil operatorla müqavilə əsasında işləyən hansısa kontent provayderdən gəlirsə, bu halda da sizin müraciətiniz əsasında mobil operator həmin kontet provayderə yönləndirmədən, öz mobil şəbəkəsi vasitəsilə sizə gələn SMS-lərin qarşısını almalıdır

4. Əgər nəticəsi olmazsa, Siz istehlakçıların hüquqlarını qoruyan qurumlara, həmçinin də mobil operatora lisenziya verən quruma – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edə bilərsiniz. Topladığınız bütün materialları da onlara göndərə bilrəsiniz.

Bunu da oku :   Azərbaycan Vergi Borcunu Oyren

5. Əgər bundan bir nəticə hasil olmazsa, Siz bütün materialları toplayaraq mobil operatorlar tərəfindən hüquqlarınızın və qanunvericiliyin tələblərinin pozulması, sizin fərdi məlumtlarınızın qanunsuz olaraq 3-cü tərəfə verilməsi iddiası ilə Məhkəməyə müraciət edirsiniz. Müraciətinzidə sizə dəyən maddi və mənəvi ziyanın ödənilməsini də tələb edirisniz.
P.S. Son zamanlar müşahidə olunur ki, “Facebook” və digər sosial media resurslarında müşahidə olunanlar bizim mobil opreatorlarda da var. Sosial mediada gedən müzakirələr əsasında belə qənaətə gəlmək olar ki, bizim mobil operatorlar öz müştərilərinin telefon nömrələrini 3-cü tərəfə verməkdə maraqlıdırlar .
Ümumiyyətlə, qanunvericilikdə edilən dəyişikliklərdən sonra da mobil operatorlar bu cür qanunsuzluqları etməkdə davam edirlərsə, bu onun göstəricisidir ki, lisenziya verən qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və istehlakçıların hüquqlarını qorumalı olan qurumların nəzarəti yetərli deyil

Azərbaycan telefon
Azərbaycana beynəlxalq telefon çıxış kodu: (+994)
Bakı şəhərinin kodu: (+994) 012. Şəhər telefonları 7 rəqəmlidir.
Mobil operatorlara:
-Azercell: (+994) 050; (+994) 051;
-Bakcell: (+994) 055;
-Nar Mobile: (+994) 070; (+994) 077.
Saat qurşağı: AZV (UKV+4), Yay -AZYV (UKV+5)-dir.
Poçt indeksi:(Mərkəzi PŞ) AZ1000-dir.
Nəqliyyat vasitəsi kodu:10,90, 99-dur.
İnternet domeni: .az-dır.
Azərbaycan ərazisində pulsuz təcili zənglər:
101 — yanğınsöndürmə
102 — polis
103 — təcili yardım
104 — qaz idarəsi
109 — məlumat bürosu (Pullu: qiyməti: 0.33 AZN-dir).
118 — məlumat bürosu (Pullu: qiyməti: 0.43 AZN-dir).

Mobil cihazların qeydiyyat sistemi
Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan tam rahatlıqla istifadə etməsinə şərait yaradır. Bu qaydanın digər ölkələrdə tətbiqindən sonra aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, mobil cihaz oğurluğunun sayı və bununla bağlı ölüm hadisələri xeyli azalmışdır. Belə hadisələri önləmək və oğurlanmış cihazlardan istifadənin qısa müddət ərzində dayandırılması məqsədi ilə əhalinin vahid bir mərkəzə müraciət etmələri üçün mobil cihazların qeydiyyat sisteminin yaradılması məsələsi ortaya çıxmışdır.
http://www.imei.az/

ADS
5/5 - (4 votes)
(Toplam 586 defa izlendi, bugün 1 kere görüldü)

Benzer yazılar

One Thought to “Azərbaycan Mobil Operatorlar

  1. Sonxeber

    Azərbaycan bazarına 5-ci mobil operator gəlir.
    Uzun müddət Azərbaycan bazarında SAZZ əmtəə nişanı ilə 4G Mobile Wi-MAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən AzQtel MMC mobil rabitə xidmətləri də göstərməyə hazırlaşır.

Leave a Comment