Sığorta Azərbaycan
Sığorta : Əmlakın korlanması və ya oğurlanması, yaxud ğlüm və ya bədbəxt hadisə nəticəsində maliyyə itkilərindən qorunma üsulu.
Sığorta (ing. Insurance) – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
İxtisaslaşdırılmış təşkilatlar – sığorta şirkətləri – tərəfindən sığorta etdirənlərin sığorta haqlarından (mükafatlarından) formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir.
Ümumilikdə sığorta istehsal münasibətlərinin mühüm elementlərindən biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal, fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərtlərindən hesab edilir. Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta bazarı – pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı obyekti kimi spesifik xidmət – sığorta müdafiəsi, təklif və ona olan tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir.
Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur. Sığortanın konkret şərtləri sığorta müqaviləsinin bağlanması zamanı müəyyən olunur. İcbari sığorta qanunun qüvvəsi ilə həyata keçirilən sığortadır.
Qanunvericiliyə zidd olmayan aşağıdakı əmlak mənafeləri sığorta obyektləri ola bilər: sığortalının və ya sığorta olunan şəxsin həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə əlaqədar (şəxsi sığorta); əmlakın sahibliyi, istifadəsi və sərəncamlığı ilə əlaqədar (əmlak sığortası); sığortalı tərəfindən ona və ya fiziki şəxsin əmlakına vurulmuş ziyanın, eləcə də hüquqi şəxsə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar (məsuliyyət sığortası).
Ölkə ərazisində yerləşən hüquqi şəxslərin əmlak mənafelərinin (təkrar sığorta və qarşılıqlı sığorta istisna olmaqla) və ölkənin rezidentləri kimi fiziki şəxslərin əmlak mənafelərinin sığortası yalnız sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziyası olan hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
Sığortaçılar sığorta agentləri və sığorta brokerləri vasitəsi ilə sığorta fəaliyyətini həyata keçirə bilərlər.
Verilmiş səlahiyyətlərə uyğun olaraq sığortaçının adından və onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər sığorta agentləridir. Sığortalının yaxud sığortaçının tapşırıqları əsasında öz adından sığorta üzrə vasitəçilik fəaliyyətini həyata keçirən sahibkarlar qismində müəyyən olunmuş qaydada qeydiyyatdan keçən hüquqi və ya fiziki şəxslər sığorta brokerlər sayılır.
Sığorta nədir?
Sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi
Sığortalı kimdir?
Sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi
Faydalanan şəxs kimdir?
İcbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs
Sığorta müqaviləsi nədir?
Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma
Sığorta haqqı nədir?
Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta məbləği nədir?
Sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi
Subroqasiya hüququ nədir?
Sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzini ödədikdə, subroqasiya hüququndan istifadə etməklə, ödədikləri sığorta ödənişini sığorta məbləği həddində sığortaçıdan tələb edə bilərlər.
Elektron sığorta müqaviləsi nədir?
“Elektron imza və elektron sənəd haqqında “ Azərbaycan Respublikasının Qanununa əsasən elektron sığorta müqaviləsi sığortaçının elektron imzası ilə təsdiq edilən və texniki və proqram vasitələrinin köməyi ilə yaradılan, saxlanılan, emal edilən, ötürülən, qəbul edilən sığorta müqaviləsidir.
Elektron sığorta müqaviləsi hansı qaydada bağlanılır?
Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçməklə sığortaçı öz internet səhifəsində onlayn satışı təşkil edərsə vətəndaşlar birbaşa elektron sığorta müqaviləsini əldə edə biləcəklər. Həmçinin vətəndaşlar avtomobillərinin qeydiyyat şəhadətnaməsini və şəxsiyyət vəsiqəsində olan məlumatları seçdiyi sığorta şirkətinə və ya sığorta vasitəçisinə təqdim etməklə elektron sığorta müqaviləsini əldə edə bilərlər. Daha sonra bağlanılacaq sığorta müqaviləsi üzrə sığortalıya sığorta haqqının ödənilməsi üçün sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə 9707 qısa nömrəsindən ödəniş kodu qeyd olunmuş SMS daxil olur. Sığortalı elektron poçt ünvanını təqdim etdiyi halda SMS ilə bərabər ödəniş kodu məlumatı sığortalının elektron poçt ünvanına da göndərilir. Sms məlumat və elektron məktubda avtomobilin dövlət qeydiyyat nişanı və ödəniş kodu, həmçinin sığortaçının adı qeyd olunur. Sığorta haqqı ödənildikdən sonra sığortalı ödənişlə bağlı təsdiqləyici SMS alacaq və sığorta müqaviləsi dərhal qüvvəyə minəcək. Sığorta haqqı ödənilmədiyi təqdirdə sığorta müqaviləsi qüvvəyə minməyəcəkdir.
Üçüncü şəxslər dedikdə kimlər nəzərdə tutulur?
Üçüncü şəxs dedikdə, sığortalının hərəkət və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər başa düşülür. Fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Eyni zamanda, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan şəxslər üçüncü şəxs hesab olunmur.
Franşiza nədir və o, sığorta haqqına necə təsir edir?
Franşiza – Sığorta hadisəsi baş verdiyi zaman dəymiş zərərin sığorta ilə təmin olunmayan və sizin tərəfinizdən ödənilməli olan hissəsidir. Tez-tez sığortaçıya müraciət etmədən də özünüzün ödəyə biləcəyiniz xırda zərərlərlə qarşılaşırsınız. Belə hallar üçün sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulur. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin azadolma məbləğindən artıq hissəsi sığortaçı tərəfdən ödənilir.
Sığorta terminləri
sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayanfəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi
təkrarsığorta – sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bağlanmış müqaviləyə müvafiq olaraq ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi
sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs
sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi
təkrarsığortaçı – sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası olan ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) tərəf
təkrarsığortalı – sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığortaçı və ya təkrarsığortaçı
sığorta nəzarəti orqanı – sığorta sektorunda dövlət tənzimləməsi və nəzarəti funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı
sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma
sığorta şəhadətnaməsi – sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd
sığorta qaydaları – sığorta qanunvericiliyinə uyğun olaraq, sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü tərəfindən və ya sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada hazırlanan, həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd
sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi
sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği
sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi
qaytarılan məbləğ – həyatın yığım sığortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verilərkən sığortaçının sığortalıya ödəməli olduğu pul məbləği
sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal
sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik
sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal
sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; bu anlayış təkrarsığorta müqavilələri üzrə təkrarsığortalının təkrarsığortaçıya etdiyi müvafiq müraciətinə münasibətdə “təkrarsığorta tələbi” kimi işlədilir.
sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.
şəxsi tutum – sığorta və ya təkrarsığorta müqaviləsinə əsasən sığorta riskinin sığortaçının (təkrarsığortalının) öhdəliyində qalan hissəsi
şərikli sığorta – sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərinin birgə sığortalanması və sığorta ödənişi üzrə öhdəliklərin bölüşdürülməsi barədə bir neçə sığortaçının öz aralarında bağladıqları müqavilədən yaranan hüquqi və iqtisadi münasibətlər mexanizmi
həyatın yığım sığortası – sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının forması
aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis
lisenziya – sığortaçıya sığorta fəaliyyətini, təkrarsığortaçıya təkrarsığorta fəaliyyətini, sığorta brokerinə sığorta brokeri fəaliyyətini, sığorta agentinə sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd
tələb olunan kapital – sığortaçının maliyyə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğ
sığortaçının öz vəsaiti – sığortaçının öhdəliklərindən azad olan, məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən hesablanan vəsaitləri
məcmu kapital – sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləği
şəxs – fiziki şəxs və ya hüquqi şəxs yerli hüquqi şəxs – Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən istənilən hüquqi şəxs
xarici fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı olmayanvə daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olmayan fiziki şəxs
xarici hüquqi şəxs – yerli hüquqi şəxs anlayışı ilə əhatə edilməyən hüquqi şəxslər xarici sığortaçı – öz ölkəsinin qanunvericiliyinə əsasən sığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs
xarici təkrarsığortaçı – öz ölkəsinin qanunvericiliyinə əsasən təkrarsığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs
törəmə cəmiyyət – Sığorta Faəliyyəti Haqqında AR Qanununun məqsədləri üçün idarə edilməsində əsas təsisçisinin (səhmdarının) əhəmiyyətli nəzarətə malik olduğu hüquqi şəxs
asılı cəmiyyətlər – biri digərinin və ya onların hər birinin eyni üçüncü şəxsin (şəxslərin) əhəmiyyətli nəzarəti altında olan hüquqi şəxslər
əhəmiyyətli müqavilə – Sığorta Faəliyyəti Haqqında AR Qanununun məqsədləri üçün, hər hansı şəxsə onun hüquqi şəxsin səhmlərinə malik olub-olmamasından asılı olmayaraq həmin hüquqi şəxsə qərarların qəbul edilməsində mühüm təsir göstərmək səlahiyyəti verən müqavilə
əhəmiyyətli nəzarət – Sığorta Faəliyyəti Haqqında AR Qanununun məqsədləri üçün səhmdarın hüquqi şəxsin yerləşdirilmiş adi səhmlərinin 50 faizinə və ya daha çox hissəsinə malik olması, yaxud əhəmiyyətli müqavilə əsasında hər hansı şəxs tərəfindən hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı
mühüm iştirak payı – nizamnamə kapitalında yerləşdirilmiş səhmlərin 20 və ya daha çox faizinə birbaşa və ya dolayı yolla malik olma; şəxs hüquqi şəxsdə o zaman dolayı yolla mühüm iştirak payının sahibi hesab edilir ki, o, bu hüquqi şəxsdə mühüm iştirak payına malik olan digər hüquqi şəxsə əhəmiyyətli nəzarəti həyata keçirsin
vətəndaş qüsursuzluğu – Sığorta Faəliyyəti Haqqında AR Qanununun nəzərdə tutulan şəxslər üçün: qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması; mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkumluğun olmaması; müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağa qoyulmaması
yaxın qohumlar – Sığorta Faəliyyəti Haqqında AR Qanununun məqsədləri üçün ər, arvad, valideynlər, övladlar, övladlığa götürülənlər, bacılar, qardaşlar, ərin və ya arvadın valideynləri, bacıları, qardaşları
Sığorta şirkətləri
A-Group Sığorta http://www.a-group.az/ ⎇
Amrah Sığorta http://amrahsigorta.az/ ⎇
Ata Sığorta http://www.atasigorta.az/ ⎇
Atəşgah Həyat Sığorta https://www.ateshgah.com/ ⎇
Atəşgah Sığorta https://www.ateshgah.com/ ⎇
Azərbaycan Sənaye Sığorta http://www.aiic.az/ ⎇
AzRe Təkrarsığorta http://www.azre.az/ ⎇
AzSığorta http://www.azsigorta.az/ ⎇
Bakı Sığorta https://www.bakisigorta.az/ ⎇
Dövlət Sığorta Şirkəti http://azersigorta.az/ ⎇
Günay Sığorta http://www.gunaysigorta.az/ ⎇
İpək Yolu Sığorta http://www.silkwayinsurance.com/⎇
Meqa Həyat Sığorta https://megalife.az/ ⎇
Meqa Sığorta http://www.meqasigorta.az/ ⎇
Naxçıvansığorta ASC http://www.naxcivansigorta.az/ ⎇
PAŞA Həyat Sığorta http://www.pasha-life.az/ ⎇
PAŞA Sığorta http://pasha-insurance.az/ ⎇
Qala Həyat Sığorta http://www.qala.az/ ⎇
Qala Sığorta http://qala-insurance.az/ ⎇
Rəvan Sığorta http://www.revansigorta.az/ ⎇
Xalq Həyat Sığorta http://xalqhayat.az/ ⎇
Xalq Sığorta http://www.xalqsigorta.az/ ⎇
İcbari sığortanı ödə
Expresspay – rahat onlayn ödəniş xidməti https://expresspay.az/payment/service/602 ↗
Hökumət Ödəniş Portalı https://gpp.az/WebPortal/Infosite ↗
Million İcbari Avtoməsuliyyət Sığortası https://www.million.az/attributes/ISB ↗
Azərbaycanın ilk onlayn sığorta portalı https://insure.az/ ↗