Azəristiliktəchizat Borç Sorgulama

azeristiliktechizat

Azər İstilik Təchizat Borç Sorgulama

Azəristiliktəchizat” ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.

Azərbaycan
Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində yerləşir. Paytaxtı Bakı şəhəridir. Ölkə gözəl və zəngin təbiəti ilə seçilir. Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı, Şuşa, Ağdam kimi bölgələrin bir-birindən fərqli əsrarəngiz flora və faunası var.

Bu gün Azərbaycanda nəhəng enerji layihələri həyata keçirilir. Xəzər dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri uğurla həyata keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialından faydalı istifadə edərək regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə çevrilib.

Maraqlı məlumatlar
1876-cı il – Dünyada ilk mərkəzləşdirilmiş istilik təchizatı sistemi yaradılmışdır. Lokport (Lockport), Nyu-York, ABŞ.

1893-cü il – Avropada ilk ictimai İstilik Elektrik Mərkəzi yaradılmışdır. Poststrassda (Postsrasse), Hamburq, Almaniya.

1900-cü il – Avropada ilk mərkəzləşdirilmiş istilik təchizatı sistemi işə salınmışdır. Drezden, Almaniya

1924-cü il – Sovet İttifaqında ilk mərkəzləşdirilmiş istilik təchizatı sistemi işə düşmüşdür. Leninqrad (indiki Sank-Peterburq)

1902-ci il – Bakıda Ağ şəhər elektrik stansiyası istifadəyə verilib

1941-ci il – Sumqayıt 1 nömrəli İstilik Elektrik Mərkəzi işə salınıb

1950-ci il – Bakı şəhərində “Qırmızı Ulduz” elektrik stansiyasında elektrik enerjisi ilə bərabər istilik enerjisi istehsalına başlanılmışdır.

1953-cü il – Bakı 2 nömrəli İstilik Elektrik Mərkəzi işə salınıb

1964-cü il – Gəncə İstilik Elektrik Mərkəzinin ilk turbogeneratoru işə salınıb

1965-ci il – Bakıda gücü 50 Qkal/saatdan yuxarı olan ilk Rayon İstilik Qazanxanası işə salınıb

1966-cı il – Sumqayıt 2 nömrəli İstilik Elektrik Mərkəzi işə salınıb

1981-ci il – Moskva şəhərində mənzillərin 99%-i mərkəzləşdirilmiş istilik təchizatı sistemləri vasitəsi ilə təmin edilir – bu dünya rekordudur.

1992-ci il – Danimarkada bərpa olunan enerji mənbələri ilə işləyən 100 İstilik Elektrik Stansiyası istismar edilir. (60-ı küləş, samanla işləyən, 40-ı odun yanacağı (odun briketləri) ilə işləyən)

İstilik təchizatı ilə bağlı abonentlərin müraciətini asanlaşdırmaq və problemlərin operativ həllini təmin etmək məqsədi ilə “Azəristiliktəchizat” ASC-də “Cağrı mərkəzi” fəaliyyətə başlamışdır.

Birbaşa olaraq 956 nömrəsini yığmaqla istilik təchizatı ilə bağlı bütün suallarınızı bizə ünvanlandıra bilərsiniz.

“Cağrı mərkəzi” bütün sutka ərzində fəaliyyət göstərir və bu xidmətdən Bakı şəhəri ilə bərabər respublikanın regionları da istifadə edə bilərlər.

Çağrı mərkəzi 956
Azəristiliktəchizat Əlaqə
Azəristiliktəchizat borc yoxlamaq
Azəristiliktəchizat borcunu oyren

Bu konuyu oyla
(Toplam 58 defa izlendi, bugün 1 kere görüldü)

ilgili konular

Leave a Comment