Azərbaycan Vergi Borcunu Oyren
Vergilər Nazirliyinin Tarixi
Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıliqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında Vergi xidməti orqanlarının rolu durmadan artır. Bu xidmət ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar, bu münasibətlərin tənzimlənməsində və dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasında vergilərin rolunun artması ilə bağlı olaraq, yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətcə yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə çatası Vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən Vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyul ayında Respublika Maliyyə Nazirliyinin tərkibində yaradılmışdır.
Sonradan, 1991-ci ilin oktyabrında Vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılmışdır.
Azərbaycan Respublikasında iqtisadiyyatın idarəetmə strukturunu təkmilləşdirmək, dövlət maliyyə intizamını gücləndirmək, dövlət büdcəsinə daxilolmaların yığılmasının səmərəliliyini daha da artırmaq məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:
1 Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilsin və onun bazasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi yaradılsın.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Respublikasında dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını tə`min edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti 15 gün müddətində: Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında əsasnaməni hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikası Vergilər Nazirliyinin xərclər smetasını təsdiq etsin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
Vergi borcunu bu vasitəsilə öyrənə bilərsiniz.
1-ci üsul: Birbaşa internet saytdan ünvanından, VÖEN-nizi daxil edib vergi borcunuzu öyrənin.
2-ci üsul: Çağrı Mərkəzinə zəng etməklə
195 Çağrı Mərkəzinə zəng etdikdən sonra “1” düyməsini seçməklə Vergilər Nazirliyinə qoşulursunuz, sonra öz VÖEN nömrənizi yığaraq “#” düyməsini seçirsiz. Bundan sonra siz həmin tarixə olan vergi borcunuz barədə məlumat alacaqsınız.
3-cü üsul: İnternet vergi idarəsinə daxil olmaqla
Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin «E-bəyannamə, ƏDV-DH və ŞHV» bölməsinə daxil olur. Burada «Şəxsi Hesab Vərəqəsi» bölməsinə daxil olaraq «Məlumat axtar» alt-bölməsi vasitəsilə öz öhdəlikləri və borcları barədə məlumat ala bilər.
4-cü üsul: SMS vasitəsilə
Vergilər Nazirliyinin təqdim etdiyi «İkitərəfli SMS xidməti» xidmətinə qoşulmaqla ( www.taxes .gov.az/195sms ) vergi öhdəlikləri barədə 21 istiqamətdə, SMS sorğusu göndərməklə isə 5 istiqamətdə məlumat almaq mümkündür. Xidmətdən istifadə etmək üçün mobil telefondan *195*istifadəçi kodu*şifrə#yes (məsələn: *195*00000541*121756#yes) yığaraq qeydiyyatdan keçmək lazımdır.
Əgər abunəçisizsə: Qeydiyyatdan keçmiş nömrədən START yazıb 8195 nömrəsinə SMS göndərməklə vergi ödəyicisi SMS vasitəsilə 21 istiqamətdə vergi öhdəliyi barədə məlumat ala bilər.
Əgər abunəçi deyilsinizsə: Qeydiyyatdan keçmiş nömrədən 8195 nömrəsinə müvafiq rəqəmi göndərməklə aşağıdakılar barədə məlumat almaq olar: «1» – dövlət büdcəsinə vergi borcu barədə; «2» – təqdim olunmalı bəyannamələr barədə; «3» – fəaliyyətin aktivliyi və ya dayandırılması barədə; «4» – e-qutudakı yeni və ya oxunmuş məktublar barədə və «5» – qeydiyyata alınmış təsərrüfat subyektləri barədə.
Vergiləri necə ödəyək?
195 Nömrəli Vergilər Nazirliyi Çağrı Mərkəzi : Bu nömrəyə zəng edərək bizə suallarınızı verə bilərsiniz
✓ Vergilər Nazirliyi
✓ İnternet Vergi İdarəsi
✓ Asan SXM (ASXM)
✓ Tax Free
✓ VÖEN-nizi daxil edib vergi borcunuzu öyrənin
✓ İnternet vergi idarəsi daxil olmaq: login
Vergi borcu barədə məlumatı necə əldə etməli?